27 İyun 2023 23:42
2 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Bordo şəhərinin mərkəzindəki ictimai parkda qondarma erməni soyqırımına həsr edilmiş xaçkar qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib.

Qondarma abidənin açılış mərasimində Bordo şəhərinin meri Pyer Hirmik, Ermənistanın Liondakı baş konsulu Narina Nikolyan və digər şəxslər iştirak ediblər.

Xaçkarın postamentində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı separatçı qeydlər də yer alıb. Orada fransız və erməni dillərində qeyd edilir: "1915-ci il soyqırımının 1 500 000 erməni qurbanının və Dağlıq Qarabağ şəhidlərinin, Fransa uğrunda həlak olanların xatirəsinə".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər