3 İyul 2023 15:50
51 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti Xankəndidəki separatçılarla bütün əlaqələrini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Separatçıların nümayəndəsi Metakse Akopyan 200 gündən çoxdur, İrəvandakı “həmkarları” ilə telefon əlaqəsi yarada bilmədiklərini deyir. Onun sözlərinə görə, Ermənistan rəsmiləri “artsax respublikası” sözündən istifadə etməyi də dayandırıblar. Akopyan onların bunun əvəzinə “respublika” demədən “Qarabağ” və ya “Dağlıq Qarabağ” ifadələrinə üstünlük verdiklərini söyləyir.

Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan ölkənin gündəmini zəbt edən məsələ ilə bağlı açıqlama verib. Onun açıqlaması da ermənilər üçün aydınlaşdırıcı olmayıb. Baqdasaryan sadəcə Baş nazir Nikol Paşinyanın əvvəllər Araik Arutyunyanla (baş separatçı) intensiv gündəlik təmasları barədə dəfələrlə açıqlama verdiyini deyib.

“Hraparak” qəzeti isə Ermənistan rəsmilərinin artıq Xankəndidəki separatçı rejimin nümayəndələrinin telefon zənglərinə cavab vermədiklərini yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər