5 İyul 2023 17:31
6 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin Baş nazir Nikol Paşinyanla telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qarabağ ətrafındakı vəziyyət, o cümlədən “Laçın dəhlizi ilə maneəsiz nəqliyyat əlaqəsi”nin təmin edilməsi məsələləri müzakirə edilib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə imzalanmış bütün bəyanatların ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.

Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin inkişafına əməli dəstəyi davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər