15 İyul 2023 12:02
4 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Xankəndidəki bir qrup separatçı tərəfindən keçirilən aksiya Ermənistan hökumətinin ciddi narazılığına səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Məlumatda deyilir ki, Baş nazir Nikol Paşinyanın komanda yoldaşları qondarma rejimin Ermənistan hökumətini tənqid etməyə və tələblər irəli sürməyə başlamasından narazıdır.

Nəşrin məlumatına görə, ilk dəfə olaraq separatçı rejimdən Ermənistan hakimiyyətinə qarşı tənqidlər səsləndirilib. Xüsusən də baş separatçı Araik Arutyunyanın əleyhdarları onun şəxsən Nikol Paşinyanı indiki vəziyyətinə görə tənqid etməməsindən narazıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər