15 İyul 2023 15:24
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel formatı Rusiyanın bölgədə hegemonluğunu azaltmaq baxımından faydalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Brüssel formatı Azərbaycanla Ermənistan arasında sülhü yaxınlaşdırmasa da, Rusiyanın bölgədə hegemonluğunu azaltmaq baxımından faydalıdır. Ermənistan Baş naziri Nikol Paşinyan açıqlamalarının birində Brüsselin vasitəçiliyini sətiraltı tənqid etmişdi. Ancaq Paşinyan bu tənqidinə rəğmən, Brüssel formatından imtina etmək istəmir. Çünki o da anlayır ki, Ermənistanla Azərbaycan arasında nə zamansa sülh sazişi imzalansa, Cənubi Qafqazın inkişafını təmin edəcək istiqamətlərdən biri Avropa Birliyi ilə sıx inteqrasiya olacaq”, - ekspert vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər