“Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Erməni separatçılarının lideri Araik Arutyunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsindən hazırkı reallıqları anladığı bəlli olur. Bəli, onun da dediyi kimi, Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 10 noyabr bəyanatı Azərbaycanı dayandırmaq gücdə deyil. Arutyunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb. Bu, Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir”, - ekspert bildirib.