18 Avqust 2023 14:06
3 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu məsələdə prinsipial olan zəruri humanitar yüklərin Qarabağ ermənilərinə kimin tərəfindən təqdim olunmasıdır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist, siyasi ekspert Asəf Quliyev deyib.

Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib:

“Son günlərdə ən çox, hətta BMT Təhlükəsizlik Şurasında da müzakirə olunan mövzu Ermənistandan Qarabağa göndərilən humanitar yüklərin daşınması marşrutudur. Ermənistan iddia edir ki, Qarabağda yaşayan ermənilər “humanitar fəlakət”lə üz-üzədirlər və oraya zəruri mallar daşımalıdır.

Azərbaycan tərəfi bunu qəbul etməsə də, zəruri yüklərin daşınmasını məqbul hesab edir. Bu məsələdə prinsipial olan Laçın və ya Ağdam-Xankəndi yolları deyil. Bu məsələdə prinsipial olan zəruri humanitar yüklərin Qarabağ ermənilərinə kimin tərəfindən təqdim olunmasıdır. Rəsmi Bakı bildirir ki, Azərbaycan ərazisində yaşayan istənilən etnik qrup və ya millətin humanitar tələbatını məhz Azərbaycan ödəməlidir, hansısa qonşu və ya qonşu olmayan ölkə yox.

Söhbət İrəvandan Laçına qədər gətirilmiş yüklərin hardansa dövrə vuraraq Ağdamdan keçərək Xankəndinə çatdırılmasından getmir. Amma təəssüf ki, bəzi həmkarlarımız, hətta analitiklərimiz, ekspertlərimiz Laçın yolu ilə Ağdam-Xankəndi yolunun istər məsafə, istərsə də digər komponentlərini müzakirə perimetrinə çevirməklə məsələnin mahiyyətindən yayınırlar. Məsələnin mahiyyəti isə odur ki, Azərbaycan dövləti Azərbaycan ərazisində yaşayan şəxsin və şəxslərin zəruri humanitar tələbatını ödəməyə borcludur və buna hazırdır. Məsələ budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər