Yunanıstan Strateji Araşdırmalar İnstitutunun rəhbəri, istefada olan general-leytenant Yannis Baltzois Türkiyənin özlərinə yaxın ölkələrdəki hərbi varlığına diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, general Türkiyənin hərbi cəhətdən gücləndiyi ölkələr arasında Azərbaycanın da adını hallandırıb.
Onun sözlərinə görə, Türkiyə Yunanıstanı hərbi baxımdan mühasirəyə alıb:
“Türkiyənin Yunanıstanı hərbi bazaları ilə mühasirəyə almasından narahat olmalıyıq”.
Baltzois Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Kosovo, Bosniya-Herseqovina, Albaniya və Liviyada hərbi qüvvə yerləşdirdiyini söyləyib:
“Türk hərbi qüvvələri həmçinin Qətər, Somali, Azərbaycan və Kiprdə yerləşirlər. Bu o deməkdir ki, potensial təhlükə artıq şərqdən deyil, cənub və qərbdən də təhdidlər var”.
Yunan general Türkiyənin bir əsr daha Şərqi Aralıq dənizində varlığının olacağını da vurğulayıb.