24 Avqust 2023 12:24
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycan tərəfinə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə deyim ki, Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı yeni təklifləri Azərbaycan tərəfinə göndərmişik”, - baş nazir bildirib.

Paşinyan yeni təkliflərlə bağlı başqa təfərrüatları açıqlamayıb.

2022-ci ilin martında rəsmi Bakı İrəvana münasibətlərin tənzimlənməsinə dair beş bəndlik təklifini çatdırıb. Erməni tərəfi düzəlişlər əlavə edərək öz versiyasını Azərbaycana göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər