“Paris və İrəvanın Azərbaycana qarşı təxribatlarının bir nəticəsi olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
“Makron əvvəlcə Nikol Paşinyana, sonra Prezident İlham Əliyevə zəng etdi. Bu telefon zənglərindən yaxşı heç nə gəlmir. Qarşıdurma böyüyür, indiki gərginləşmədə demək olar ki, əsas rolu Fransa lideri oynayır.
Makron şərtlər qoyub Bakıya təzyiq göstərməyə çalışır, bu, göz qabağındadır. Üstəgəl, Ermənistanın sərhədə göndərdiyi “humanitar karvan”a Fransanın TIR-ları əlavə olunur. Bu şərtlər daxilində vəziyyətin daha da gərginləşəcəyi istisna deyil. Paris və İrəvanın bu təxribatlarının bir nəticəsi olacaq.
Vaşinqton və Moskva mövcud gərginlikdən uzaqda durmağa üstünlük verir. Görünür, bütün bunlardan nə çıxacağını gözləyirlər, nəticəyə əsasən addımlarını müəyyən edəcəklər”, - ekspert bildirib.