“Ermənistan Azərbaycandan qorxduğu üçün İranla birgə təlimdən imtina edib”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Karapetyan deyib.
“Ermənistan rəhbərliyi həm KTMT, həm də İranın təklif etdiyi birgə hərbi təlimlərdən dəfələrlə imtina edib. Bunun səbəbləri çoxdur.
KTMT məsələsində əsas səbəb bu strukturdan olan narazılıqdır. İran məsələsində Rusiya, Türkiyə və Azərbaycan qorxusu var. Ermənistan hakimiyyəti bunu dəfələrlə açıq formada bəyan edib”, - ekspert bildirib.