“Azərbaycan heç kimdən – nə Fransa, nə də dünyadan qorxur”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannisyan deyib.
Ekspert Ermənistandan Qarabağ separatçıları üçün “humanitar yük” göndərilməsini “populist addım” hesab edir. Onun sözlərinə görə, Ermənistan bu yükləri Azərbaycanla razılaşma olmadan göndərəndə bilməliydi ki, bir müddət sonra heç kimin yadına da düşməyəcək.
Fransaya gəlincə, Ovannisyan qeyd edib ki, Azərbaycan fransız TIR-larını da sərhəddə gözlədəcək və buraxmayacaq.
“Azərbaycan heç nədən qorxmur, üstəgəl, Türkiyənin dəstəyinə malikdir. Görünən odur ki, Azərbaycan bütün dünyaya meydan oxuyur”, - ekspert qeyd edib.
İddiasında bir az da irəli gedən erməni analitik Rusiyanın da Azərbaycanı dəstəklədiyini söyləyib.
“Ermənistanın cahil siyasətinə görə müttəfiqi yoxdur. Bu çətin və qarışıq beynəlxalq reallıqda, o cümlədən qeyri-mümkün görünən qütblərdə müttəfiqlərimiz olmalıydı. Amma indi gözləyirik ki, görək, Paris meri bizə nəsə gətirəcək, ya yox”.