12 Sentyabr 2023 13:38
4 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan çoxdan təkid edir ki, istər Rusiya tərəfinin, istər Beynəlxalq Qırmızı Xaç Komitəsinin, istərsə də Qızıl Aypara Cəmiyyətinin yük maşınları Xankəndiyə Ağdamdan daxil olsun.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Deputat bildirib ki, rəsmi Bakının Ağdam-Xankəndi yoluna paralel Laçın yolunun açılması üçün şərtləri var:

“Yüklərin Ağdam-Əsgəran-Xankəndi yolu ilə daşınması qısa müddətdən sonra “Laçın dəhlizi”nin yenidən işə salınmasını nəzərdə tutur. Bunun hansı detallarla həyata keçiriləcəyi vacibdir. Söhbət təkcə Qırmızı Xaçdan və müxtəlif mərhələlərdə Qarabağa yük daşıyan Rusiya sülhməramlılarına aiddir, ya yox? Hazırda müzakirə olunan danışıqlar paketi var”.

Abramyan qeyd edib ki, şərt və tələblərin dəqiqləşdirilməsi ilə bağlı Rusiya və Azərbaycan arasında danışıqlar gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər