Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının İcevan (Karvansara) şəhərində operativ ofisi açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı missiyası məlumat yayıb.
Ofisin açılış mərasimində AB-nin Ermənistana yeni təyin olunmuş səfiri Vasilis Maraqos, missiyanın rəhbəri Markus Ritter, Ermənistan müdafiə nazirinin müavini Qraçya Sərkisyan və Tavuş vilayətinin qubernatoru (Qaraqoyunlu) Hayk Qalumyan iştirak edib.
Bu, AB-nin müşahidə missiyasının Ermənistandakı beşinci operativ ofisidir. AB indiyədək Martuni (Aşağı Qaranlıq), Cermuk (İstisu), Sünik (Zəngəzur), Gorus və Qafan şəhərlərində ofislər açıb. Yeğeqnadzorda (Keşkənd) da daha bir əməliyyat ofisinin açılması planlaşdırılır.