13 Sentyabr 2023 19:38
2 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və ölkəmizlə sülh sazişi imzalayarsa, Rusiyanı Qarabağdan çıxarmaq daha asan olar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan baş nazirinin Rusiya ilə bağlı son fikirlərini şərh edib:

“Ermənistan Baş naziri Paşinyanın ABŞ-ın “Politico” nəşrinə müsahibəsində “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz” cümləsi bugünə qədər onun Rusiyanın siyasəti barədə tənqidi fikirlərinin ən vacibi sayıla bilər. Paşinyan bu cümlə ilə Ermənistanın Rusiyadan üz döndərdiyini rəsmən elan edib. Paşinyanın başqa bir etirafı ondan ibarətdir ki, Rusiyadan asılı olan Ermənistanın hələ də müstəqil dövlət ola bilmədiyini bildirib.

Paşinyan mövcud vəziyyəti Ukrayna müharibəsi ilə əlaqələndirib: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərib”.

Paşinyanın həm Azərbaycan, həm də Türkiyənin Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələr olduğu fikri də maraqlıdır: “Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”.

Yəni Paşinyan demək istəyib ki, Ermənistan Rusiyanın vassalı və forpostu olduğu müddətdə müstəqil ola bilməyəcək.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və ölkəmizlə sülh sazişi imzalayarsa, Rusiyanı Qarabağdan çıxarmaq daha asan olar. Əks halda Rusiya Qarabağda hərbi varlığı vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir alətini saxlayacaq. Məntiqlə Paşinyan Rusiya ilə sağollaşmaq istəyirsə, bunu təkbaşına edə bilməyəcək, bu regional səylərlə həyata keçirilə bilər. Ancaq bunun üçün Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər