“Rusiya Ermənistan hərbi qüvvələrinin Qarabağda qalmasında maraqlıdır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Camalyan deyib.
Ekspert hələ də Qarabağda – Azərbaycan ərazisində Ermənistan ordusunun qalıqlarının olduğunu etiraf edib və vurğulayıb ki, bunda Rusiyanın rolu böyükdür.
“Qarabağda erməni faktoru Rusiyaya sərfəlidir. Onlar Ermənistan ordusunun Qarabağda mövcudluğunun davamına hər cür töhfə verməyə, döyüş potensialını bərpa etməyə çalışırlar”, - Camalyan bildirib.
Ekspert ötən ilin sentyabrında Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş toqquşmada ölkəsindəki Rusiya hərbçilərinin davranışlarına da diqqət çəkib.
“Düz bir il əvvəl döyüşlər (şərti sərhəddə) gedən zaman Rusiyanın 102-ci hərbi bazası öz tapşırığını yerinə yetirdi. Deyilənə görə, bazanın qarşısına döyüş məsələsi qoyulub və bunu həll etmək üçün yola çıxıblar. Rusiya aviasiyası o günlərdə bu məsələni həll etdi”, - Camalyan vurğulayıb.