16 Sentyabr 2023 11:11
3 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan reinteqrasiya prosesinin qarşısını almaq üçün ABŞ və Avropada dəstək qruplarını səfərbər etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Avropanın Ermənistandakı mülki müşahidəçiləri Fransa siyasətinin alətinə çevrilir. Beləliklə, ayrı-ayrı Avropa strukturları tədricən regionda öz maraqlarını təmin etmək üçün Parisin itaətkar alətləri rolunu oynamağa başlayırlar. Bu vaxt Fransada “Şərqli bacımız” adlı özünü tam ifadə edən konfrans keçirilir və orada “Ermənistanı müdafiə edin” kimi çağırışlar və təxribat xarakterli xəritələr nümayiş etdirilir.

Paşinyan Qarabağın erməni sakinlərinin Azərbaycanın qalan hissəsinə reinteqrasiya prosesinin qarşısını almaq üçün ABŞ və Avropada dəstək qruplarını səfərbər etmək qərarına gəlib. Görüntüyə görə, “döyüş”ə yalnız qocalar gedir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər