19 Sentyabr 2023 16:20
7 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sülh danışıqlarında Azərbaycan üçün açar ölkələrdən biridir. Bəziləri deyə bilər ki, Rusiya sülhməramlıları bölgədədir, Türkiyə sülhməramlıları isə yoxdur. “Rusiya, Amerika, Avropada görüşlər keçirildi, Türkiyədə isə olmadı” kimi fikirlər səsləndirilə bilər. Heç kim unutmamalıdır ki, bu proseslərin hamısında Türkiyənin dəstəyi Azərbaycanın yanında olub.

Bunu Teleqraf.com-a Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, danışıqlarda Azərbaycanın sıxışdırılmamasının, ona təyziq edilməməsinin səbəblərindən biri də Türkiyənin bütün məsələlərdə yanımızda olması ilə bağlıdır:

“Rəcəb Tayyib Ərdoğanın dördtərəfli format təklifi də göstərir ki, Türkiyə artıq birbaşa prosesdə yer almaq, çərçivəni bir qədər də daraltmaq və gedişatı Azərbaycan maraqlarına uyğun formata keçirmək niyyətindədir. Bu günə qədər olan Rusiya, ABŞ və Avropa Birliyi ilə qurulan formatlarda birmənalı olaraq Ermənistan dəstəklənirdi, yəni Azərbaycan təklənmişdi. Rusiya-Türkiyə-Azərbaycan-Ermənistan formatında ən azı bu balans qorunacaq.

Yeni geosiyasi vəziyyətdə Türkiyənin Azərbaycanın yanında olması, mövqeyimizi daha da gücləndirir. Paşinyan bu dəqiqə hətta Şeytanla da razılaşmaya getməyə hazırdır ki, təki Türkiyə və Azərbaycan yanaşı olmasın. Vəziyyət belədir ki, Paşinyanın o qədər də söz haqqı yoxdur”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər