20 Sentyabr 2023 12:55
3 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağdakı son gəlişmələr və bu kontekstdə Azərbaycana verdiyi dəstək dünya mediasının gündəmində müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın “Reuters” agentliyi Türkiyə liderinin çıxışına geniş yer verib.

“Türkiyə narahatlığın aradan qalxmamasından sonra Azərbaycanın Qarabağda hərəkətə keçməyə məcbur olduğunu bildirir”, - agentlik bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin “Al Arabiya News” saytı da gündəmində Prezident Ərdoğanın BMT tribunasında Qarabağla bağlı dediyi fikirlər yer alıb. Mənbə yazır ki, Türkiyə lideri çıxışında Azərbaycanın ərazi bütövlüyünü vurğulayıb.

“Yahoo” qeyd edib ki, Türkiyə regionda sülh, firavanlıq, təhlükəsizlik və daimi sabitliyə xüsusi diqqət yetirir.

“Deviscourse” saytı Prezident Ərdoğanın Azərbaycanla bağlı açıqlama verdiyini vurğulayaraq, separatçılara status verilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

“Əl Monitor” isə Ərdoğanın “Qarabağ Azərbaycan torpağıdır” sözünə diqqət çəkib. Məqalədə Ermənistanın verdiyi vədləri yerinə yetirəcəyini gözlədiklərini deyən Ərdoğanın İrəvanı Qarabağdakı silahlı qüvvələrini geri çəkməyə çağırdığı da xatırladılıb.

Misirin “Ahram Online” saytı da Türkiyənin Azərbaycana dəstəyindən yazıb. Sayt Türkiyədən gələn bütün bəyanatların “Azərbaycan sona qədər haqlıdır” çərçivəsində olduğuna diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər