Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə bildirib.
"Vətəndaşlardan pul və yardım istənilməsi ilə bağlı onlara çağırışlar olunur. Müraciət edirik ki, vətəndaşlar heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın yaxşılaşdırılması təşkil edilir. Bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir", - o vurğulayıb.