“Molla rejimi Güney Azərbaycanı 35 milyonluq soydaşımız üçün həbsxanaya çevirib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Tehrandakı molla rejimi 35 milyon Güney Azərbaycanda insanların təməl hüquqlarını kobudcasına pozur. İran xalqlar həbsxanasına çevrilib. Bəluclar, ərəblər, giləklər, qaşqaylar elementar yaşam şərtlərindən uzaqlaşdırılıb. İran Prezidenti Rəisi çıxıb Qarabağda erməni azlığın “hüquq”larından danışır. İran susmalıdır, onun insan haqlarından danışmağa heç bir mənəvi haqqı və hüququn yoxdur. Mollaların dərdi erməni deyil, onların dərdi, Azərbaycanın bu problemi həll edərək güclənməsidir”, - ekspert bildirib.