25 Sentyabr 2023 14:54
6 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Türkiyə və Azərbaycan prezidentləri arasında Naxçıvanda keçiriləcək görüşün Qarabağda təhlükəsizliyə və regionda həyatın normallaşmasına töhfə verəcəyinə ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Həmişə gözləntimiz budur ki, Azərbaycan və Türkiyə Prezidentlərinin keçirdiyi bütün görüşlər regionda təhlükəsizliyə, baş verənlərdən sonra Qarabağda həyatın normallaşmasına töhfə verəcək. Gözləntilər belədir", - Rusiya rəsmisi bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan suveren ölkələrdir və əməkdaşlığı inkişaf etdirmək üçün öz suveren hüquqlarından istifadə edirlər:

"Biz Bakı ilə Ankara arasında nə qədər sıx münasibətlər olduğunu bilirik. Öz növbəmizdə həm Ankara, həm də Bakı ilə heç də az yaxın münasibətlərimiz yoxdur".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər