ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Yuri Kim Gorusdadır.
Teleqraf.com xəbər verir ki, ABŞ rəsmilərinin vəziyyətlə yerindəcə tanış olmaq üçün bölgəyə gəldikləri, Qarabağdan gələn ermənilərlə söhbət etdikləri bildirilib.
ABŞ rəsmilərini Sünik (Zəngəzur) qubernatoru Robert Qukasyan müşayiət edir. Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts da oradadır.
Səfir jurnalistlərin heç bir sualına cavab verməyib, müsahibə vermədiyini bildirib.