Həyat yoldaşı Veronika Zonabend separatçı Ruben Vardanyanla əlaqə yarada bilmədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlamasında danışıb.
Veronika Rubenlə əlaqəsinin kəsildiyini, harada olduğunu bilmədiyini söyləyib.
Separatçının dostu, rusiyalı jurnalist Tina Kandelaki də onunla əlaqə saxlaya bilmədiyini söyləyib.
Vardanyan son dəfə bir neçə gün əvvəl Xankəndidə olduğunu, axıradək burada qalacağını demişdi.