27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırımı və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.