28 Sentyabr 2023 17:39
8 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı general Karen Cilavyan (ləqəbi “Kox”) Qarabağdan Ermənistana qaçıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Gorus polislərindən biri sosial şəbəkədə səhifəsində Cilavyanla fotosunu paylaşıb. Müxbirimizə də elə yerindəcə məlumat verilib ki, “Kox” Ermənistana gəlib”, - məlumatda deyilir.

Separatçı son antiterror tədbirlərindən sonra Azərbaycan ordusuna təslim olmayacağını demişdi. Amma bu açıqlamasından qısa müddət sonra “artıq işinin bitdiyini” deyərək, silahı yerə qoymuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər