15 Yanvar 2015 09:57
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” stansiyasında eskalatorda nasazlıq olub. Bu da sərnişinlər arasından narahatlığa səbəb olub.


“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, hadisə 08:48-də baş verib.


““Elmlər Akademiyası” stansiyasında 3 eskalator işləyir. Səhər saatlarında eskalatorların ikisi qalxmaq, biri eniş üçün istifadə edilib. Yuxarı qalxan eskalatorların birində yürüyün rezini çıxıb. Bir neçə dəqiqə hərəkət dayanıb. Eskalatorun hərəkəti 08:52-də bərpa edilib”.

N. Paşayev hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.


Müəllif: