Azərbaycanın Fransadakı səfirliyi ermənilərin bu ölkədəki diaspor və lobbisinin hədəfindədir.
Teleqraf.com xəbər verir ki, bu etirafı Fransa “Erməni İttifaqları Koordinasiya Şurası”nın sədri, “Daşnaksütyun” terror təşkilatının üzvü Murad Papazyan dilə gətirib.
“Azərbaycanın Fransadakı səfirini və buradakı bütün Azərbaycan diplomatlarını qovmalıyıq. Fransa Milli Assambleyası və Senatın sədrlərindən xahiş etməliyik ki, Fransa-Azərbaycan dostluq qruplarını məhv etsinlər. Azərbaycanla güc balansı yaratmaq üçün təşəbbüslər göstərməliyik. Bunu onlarla (Fransa rəsmiləri ilə) müzakirə edək, danışıqlar aparaq”, - terrorçu bildirib.
“Erməni İttifaqları Koordinasiya Şurası” Azərbaycan ərazisində separatizmi maliyyələşdirən və dəstəkləyən əsas qurumlardan biridir. Ermənistana girişi qadağan edilən qurumun rəhbəri Papazyan Fransa Prezidenti Emmanuel Makronla şəxsi, dostluq əlaqələrinə malikdir.