“Tehran uzun müddətdir ki, İrəvanı bir hərbi təlimlər keçirməyə razı sala bilmir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
“Bakının Qərbdən heç bir qorxusu yoxdur. Çünki Qərb Azərbaycanın enerji daşıyıcılarından asılıdır. Hətta Qərblə çox kəskin problemləri olsa, Türkiyə, İngiltərə və İsraillə birlikdə həll edəcək. Bu səbəbdən də bilir ki, Avropanın da, ABŞ-ın da bəyanatları heç nədir, boşdur. Yəni Ermənistanın Qərblə münasibətlərini dərinləşdirmək istəyinin Ermənistana heç bir faydası olmayacaq”, - ekspert bildirib.
Kiviryanın sözlərinə görə, Ermənistanın yeganə müttəfiqləri Rusiya və İran ola bilər.
“Ermənistan ayıq xarici siyasət aparsaydı, əvvəlcə Qranada görüşündən imtina etməli, ardınca Tehranla Sünikdə (Zəngəzur) hərbi təlimlər keçirməli idi”, - ekspert əlavə edib.