16 Yanvar 2015 18:19
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizdəki səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd olunub.

V.Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.


Müəllif:

Oxşar xəbərlər