25 Oktyabr 2023 15:50
4 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqlar prosesi çərçivəsində müzakirəyə ehtiyacı olan çoxlu məsələlər var”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaqarşak Akopyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar yaradılıb.

“Sülh sazişi Ermənistanın təhlükəsizliyi və gələcək inkişafı üçün etməli olduğumuz ən mühüm prosesdir. İndi elə bir prosesdəyik ki, məncə, nəhayət, həmin müqavilənin imzalanmasına nail olmaq üçün bütün imkanlar yaradılıb. Bu müqavilə ölkəmizin maraqlarına uyğun olacaq”, - Akopyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər