"Kanada Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Kanada xarici işlər naziri Melani Coli deyib.
Kanadalı nazir çıxışında Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib, təxribatçı fikirlərə yer verib.
Azərbaycana qarşı sanksiyaların tətbiqinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Coli qeyd edib ki, bütün variantlar masadadır.
"Biz Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşılacağını gözləyirik, bu məsələyə ciddi diqqət yetiririk", - Kanadanın baş diplomatı söyləyib.