“Sülh sazişi imzalanmayana qədər Zəngəzur dəhlizi ilə bağlı danışıqlara fasilə vermək lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər Zəngəzur dəhlizi ilə bağlı danışıqlara və bu mövzunun müxtəlif səviyyələrdə müzakirəsinə fasilə vermək lazımdır. Alınmır. Dəhlizin İrandan keçməsi üzərində fəaliyyətləri sürətləndirməyə ehtiyac var. Azərbaycanla İran arasındakı münasibətlərdə bəlli suallara rəğmən, dəhlizin varlığı hər iki ölkənin xeyrinədir. Azərbaycan, Türkiyə və İran qazanacaq, itirən yenə Ermənistan olacaq”, - ekspert bildirib.