30 Oktyabr 2023 19:49
3 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın bəyanatı vaxtı ilə bizim sürdüyümüz prinsiplərdir. Müharibədən sonra ilk olaraq sülh prinsipini biz irəli sürdük.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün məsələləri həll edib:

"Artıq Xankəndiyə girmişik. Qeyri-qanuni dəstələri də tərksilah etmişik. Maneələr qalmayıb. Bu prinsipləri qəbul etməyə müəyyən dərəcə də onları məcbur etdik. Əgər problem yaratmasa, Ermənistan həqiqətən razılıq versə, sazişə imza atmaq problem olmayacaq. Düşünürəm ki, ritorik səviyyədə praktiki əməllərə keçmək lazımdır. Əgər Paşinyan buna hazırdırsa, biz belə prinsiplər əsasında detalları nəzərə almaqla yekun sazişə imza atmağa hazırıq".

Fikrət Sadıqov bildirib ki, Paşinyan auditoriyasında özünə bəraət qazandırmaq istəyir:

"Düşünürəm ki, Qarabağdan çıxan ermənilərin geri qayıtması ilə bağlı tələblər olacaq. Paşinyan başa düşməlidir ki, Azərbaycana qarşı hər hansı tələb irəli sürmək tamamilə mənasızdır. Çünki biz bütün hədəflərə nail olmuşuq. Bəyan etmişik ki, kim istəsə, Qarabağa qayıda bilər, amma Azərbaycan vətəndaşı statusunda. Mövqeyimiz prinsipialdır. Burada heç bir dəyişiklik olmayacaq".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər