3 Noyabr 2023 14:48
6 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın açıq şəkildə bölgədə müxtəlif dövlətlər adına onların xüsusi xidmət orqanları, hərbçilərini yerləşdirməsi öncə özləri üçün təhlükəlidir. Çünki ayrı-ayrı dövlətlərin hərbçilərinin Ermənistanda yerləşməsi və varlığı Rusiyanı daha çox qəzəbləndirir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Avropa Birliyinin müşahidə missiyası artıq baş tutmuş məsələdir:

"Bu ad altında getdikcə missiyanı genişləndirirlər. Əvvəllər məhdud sayda iştirak edən dövlətlərin sayını artırırlar. Bunu Avropa Birliyinin digər üzv ölkələrinin bu prosesdə iştirakı ilə əlaqələndirirlər. Söhbət Avropa Birliyinin müşahidə missiyasından gedirsə, Kanadanın Ermənistanda nə işi var? Bu hadisə müxtəlif geosiyasi maraqların olduğunu göstərir. Geosiyasi maraqlar daha çox Qərbin Rusiya ilə sərhəd bölgələrdə möhkəmlənməsi, bu kontekstdə tədricən Moskvanın sıxışdırılması prosesi, eyni zamanda Paşinyan hökumətinin təhlükəsizliyi ilə bilavasitə əlaqəlidir. Anlayırlar ki, Rusiya hansısa zaman çərçivəsində Paşinyan hökumətinə qarşı hərəkətə keçə bilər. Getdikcə daha çox yerləşməni genişləndirirlər ki, Qərbin Ermənistanda mövcudiyyəti daha güclü olsun. Proses bundan ibarətdir. Bu kontekstdə özlərinin hərbi kəşfiyyat məsələlərinin maraqlarını təmin edirlər. Çünki qonşuda İran dövləti var. Eyni zamanda, Rusiya ilə bağlı konkret kəşfiyyat məlumatları var ki, onlar da paralel olaraq öyrənilərək Qərbə ötürülür. Yəni bu kontekstdə demək olar ki, Qərb varlığını Ermənistanda gücləndirir. Çox maraqlıdır ki, kimsə bunun qarşısını ala bilmir. Yəni Rusiya da... Çünki bu, Ermənistan dövlətinin iradəsindən asılı olan bir məsələ olmaqla bərabər, həm də Avropa Birliyi müşahidə missiyası artıq baş vermiş bir hadisədir. Zamanında buraxılan bu boşluq artıq ciddi şəkildə region ölkələrinin, o cümlədən İran və Rusiyanın əleyhinə işləməyə başlayıb.

Natiq Miri bildirib ki, Ermənistan işğalçı kimi tanınan dövlətdir:

"Azərbaycana münasibətdə indiki vəziyyətdə Qərbin "Ermənistan təhlükədədir" bəhanəsi heç bir çərçivəyə sığmır. İşğalçı ölkə necə ola bilər ki, təhlükə qarşısında olsun? Torpaqlarımız işğal altında olan dövrdə "Azərbaycan təhlükə altındadır" bəyanatlarını eşitmədik. Hansı ki, Gəncəyə, hətta Xəzərə qədər gələcəklərini hər zaman Ermənistan ordusu rəhbərliyi bəyan edirdi. Bununla bağlı Azərbaycanı təhdid edirdi. Avropa Birliyi müşahidə missiyası gələndə beş-altı nəfər idi. Sonradan onlarla və yüzlərlə gəlməyə başladı. Ermənistanın bütün ərazisində müşahidə missiyasının konkret ofisləri, nəzarət məntəqələri var. Yəni bütün Ermənistanı öz nəzarətinə götürüblər. Ermənistan təhlükədədir bəhanəsi ilə tədricən özlərini gücləndirirlər. Bu da bir yerə qədərdir. Çünki, Rusiyanın səbri də bir yerə qədərdir. Rusiya öz mövqeləri sadəcə oturub gözləyərək Qərbə təhvil vermək istəyində deyil. Ermənistan dolayısı ilə barıt çəlləyinə çevrilib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər