“Azərbaycanla Türkiyə eynidir – bir millət, iki dövlətdirlər”.
Teleqraf.com xəbər verir ki, bunu İrəvan Universitetinin professoru Vardan Ayvazyanla deyib.
“Mən Türkiyə ilə Azərbaycanı eyni hesab edirəm, özləri də bəyan edirlər ki, bir millət, iki dövlətdirlər. Azərbaycan və Türkiyə siyasətlərini, addımlarını koordinasiya edirlər, təkbaşına qərar vermirlər”, - professor bildirib.
Ayvazyanın sözlərinə görə, Azərbaycanın bütün tələbləri qeyd-şərtsiz Türkiyə tərəfindən dəstəklənir.