4 Noyabr 2023 17:15
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Türk dövlətləri arasında siyasi birlik var. Hərbi birliyimizin ən bariz nümunəsini Qarabağda göstərdik. Qarabağ uğrunda müharibədə göstərdiyimiz həmrəylik dünya ölkələri üçün birliyimizin ən böyük sübutu oldu. Yəni dünyaya bir dövlət, bir millət belə bir həmrəyliyi arxasında görərsə, nəticə də ala bilər mesajı verildi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astana səfərindən dönüşü zamanı mediaya açıqlamasında bildirib.

Türkiyə Prezidenti deyib: “Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki tıxanmaları açmaq, təsirli və qalıcı həll yolları irəli sürmək üçün dünyanın yüksələn gücünə çevrilir. Biz gələcəyi daha əhatəli, daha ədalətli dünya qurmaq üçün daha çox çalışacağıq. Çünki dünyanın ümidi türk dövrünədir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər