“Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında görüş mümkün olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Ermənistan Brüsseldə keçiriləcək üçtərəfli görüşə və sülhə hazırdır. Sülh müqaviləsi üçün mandat almışıq. Sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında sərhədin dəqiqləşdirilməsi, ərazi bütövlüyünün açıq şəkildə təsdiqlənməsi və nəqliyyat xətlərinin blokadadan çıxarılmasını da ehtiva edən dörd prinsip əsasında həyata keçirilməsini istəyirik. Bunlar bizim danışıqları yekunlaşdırmağa, eləcə də mövcud olan bütün humanitar problemləri həll etməyə hazır olduğumuz mühüm prinsiplərdir. Mühüm məsələlərdən biri də əsirlərin qaytarılması və sülhün bərqərar olmasıdır. Ermənistan bu gündəmlə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə gəlib sülh müqaviləsini imzalamağa hazırdır”, - Ermənistan rəsmisi bildirib.
Armen Qriqoryanın hansı əsirlərdən danışdığı məlum deyil. Çünki hazırda Azərbaycanda saxlanılan əsir yoxdur. Bakıda məhkəmədə mühakimə olunan bəzi şəxsləri nəzərdə tutursa, onlar əsir yox, müharibə cinayətkarı, terrorçu və separatçıdır.