“Polşa hökuməti Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və ermənilərin beynəlxalq səviyyədə tanınmış ərazilərində sülh şəraitində yaşamalarını istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu Polşanın Ermənistandakı səfiri Pyotr Skveçinski İrəvanda verdiyi brifinqdə deyib.
Səfir qeyd edib ki, Polşa sentyabrda Qarabağdan gələn ermənilərə maliyyə və maddi dəstək göstərən ilk ölkələrdəndir: “Biz istəyirik ki, Ermənistanda sülh olsun və ermənilər beynəlxalq səviyyədə tanınmış ərazilərdə dinc yaşaya bilsinlər”.
Skveçinski vurğulayıb ki, “beynəlxalq səviyyədə tanınmış ərazi” dedikdə Qarabağı nəzərdə tutmur, çünki bura heç vaxt Ermənistanın ərazisi sayılmayıb.