Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili Fransanın zirehli texnikasının ölkəsinin ərazisindən Ermənistana çatdırılmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, nazir Gürcüstanın hər iki ölkəyə tranzit funksiyalarından bərabər şərtlərlə istifadə etmək imkanı verdiyini deyib.
“İstənilən ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququ var. Beynəlxalq müqavilələrlə icazə verilən adi texnika və ya silahlara gəldikdə, istənilən ölkənin onları əldə etmək hüququ mövcuddur. Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin tranzit funksiyalarından istifadə etmək imkanı verilməlidir. Bu bizim cavabımızdır, buna əlavə şərhlər yersizdir”, - Darçiaşvili qeyd edib.