20 Noyabr 2023 13:52
7 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə üzərinə Araz çayının İrana məxsus hissələrinə qarışmayacağı öhdəliyini götürüb.

Teleqraf.com xəbər verir ki, bunu İranın energetika nazirinin müavini Məhəmməd Cavanbəxt deyib.

İran-Türkiyə Əməkdaşlıq Komissiyasının ikinci iclasında Tehran nümayəndə heyətinə başçılıq edən Cavanbəxtin sözlərinə görə, Ankara İranı əmin edib ki, Araz çayı üzərində bəndin tikintisi İranın su ehtiyatlarına heç bir məhdudiyyət yaratmayacaq.

“Türkiyə rəsmiləri söylədilər ki, bu bəndlər əsasən elektrik enerjisi istehsalı üçün nəzərdə tutulub və İran quraqlıq zamanı çaydakı payından istifadə edə bilər”, - İran rəsmisi qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər