Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı iddiasına cavab verib.
Teleqraf.com xəbər verir ki, o, baş nazirin həmin iddiasının əksinə olaraq, Azərbaycan rəhbərliyinin Ermənistanı “Qərbi Azərbaycan” adlandırmasından xəbərsiz olduğunu deyib.
“Biz Azərbaycan rəhbərliyindən tamamilə fərqli bəyanatlar eşitmişik. Onlar sülh müqaviləsi imzalamağa hazırdırlar. Bu konkret bəyanatla bağlı heç nə deyə bilmərəm”, - Peskov jurnalistin müvafiq sualına cavab olaraq bildirib.
Paşinyan bu iddia ilə ATƏT Parlament Aassambleyasının İrəvanda keçirilən sessiyasının açılışında çıxış edib.