23 Noyabr 2023 17:20
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin iclasına qatılmaqdan imtina edən Ermənistan Baş naziri Nikol Paşinyanı tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, Ermənistan tərəfini Sankt-Peterburq İqtisadi Forumunda görməyə ümid etdiyini deyib.

“Həmçinin Qafqazdakı vəziyyəti və KTMT üzvlərindən birinin (Ermənistan) müəyyən narahatlığını da müzakirə etdik.

Problemli məsələlər olub və olacaq. Əgər onları həll etmək istəyiriksə, bunu demarşlarla deyil, masa arxasında, danışıqlar yolu ilə etməliyik”, - Lukaşenko bildirib.

KTMT-nin bu gün Minskdə sammiti keçirilib. Ermənistan ilk dəfə liderlər səviyyəsində keçirilən toplantıya qatılmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər