28 Noyabr 2023 12:16
9 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə Ermənistan Baş naziri Nikol Paşinyana heç bir vəd verməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Çoxlarına elə gəlirdi ki, 44 günlük müharibədən əvvəl Nikol Paşinyan nə etdiyini və ya ondan sonra nə etməli olduğunu bilir. Amma bunun əksini düşünün: Paşinyan nə etdiyini, nə edəcəyini bilmir və heç kimlə ciddi anlaşması yoxdur. Paşinyanın hakimiyyətə gəlişindən beş il keçir və qeydə alınan nəticə, yumşaq desək, ölkə üçün fəlakətlidir. Müharibədə məğlubiyyət, minlərlə qurban və sair”, - sabiq nazir bildirib.

Oskanyanın iddiasına görə, Ermənistan baş naziri indi də nə edəcəyini və nə baş verəcəyini bilmir.

“Reallıq ondan ibarətdir ki, heç kim ona heç bir vəd verməyib, amma o, siyasətini xəyal etdiyi vədlər üzərində qurmaqda davam edir”, - keçmiş nazir vurğulayıb.

Oskanyan Paşinyanın heç bir zəmanət almadan Azərbaycanla danışıqlarda üçüncü tərəfə (Qərbə) arxalandığını, bunun da nəticə vermədiyini qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər