28 Noyabr 2023 13:52
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ABŞ-ın F-16 şantajlarına boyun əymədi, Azərbaycanı dəstəkləməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik dünənki çıxışında bildirdi ki, ABŞ 44 günlük müharibə zamanı Ankaranı hədələyib ki, Qarabağla bağlı Azərbaycanı dəstəkləməyə davam etsə, F-16 və F-35 qırıcılarından məhrum olacaq. Bunu “şantaj” adlandıran Çelik Türkiyənin nəinki bu təhlükəyə boyun əymədiyini, hətta döyüş təyyarələri mövzusunun heç bir şəkildə bağlanmadığını və Türkiyənin alış prosesini davam etdirdiyini bildirmədi”, - ekspert vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər