29 Noyabr 2023 16:33
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı, ləğv edilmiş qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanın 44 günlük müharibəni araşdıran Ermənistan komissiyasında dindirilməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, proses üç saat davam edib.

Babayan dindirilmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, baş separatçı Samvel Şahramanyan Azərbaycan rəsmiləri ilə Qarabağ ermənilərinin qayıtmaları ilə bağlı danışıqlar aparır.

Babayan bu barədə "deputat"lardan öyrəndiyini iddia edib. Onun sözlərinə görə, bu haqda onlara Şahramanyanın özü məlumat verib.

Separatçıların “deputat”ı Metakse Akopyan Babayanın dediklərini dərhal yalanlayıb.

“Bütün məsuliyyətimlə deyirəm ki, Samvel Şahramanyan bizə belə bir söz deməyib, birinci dəfədir belə bir şey eşidirəm”, - Akopyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər