İran, Rusiya və Çin arasında birgə hərbi dəniz təlimləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Şəhram İrani məlumat verib.
“Pakistan, Braziliya, Oman, Hindistan, Cənubi Afrika Respublikası və Xəzər regionunun bəzi qonşu ölkələr də müşahidəçi qismində dəvət olunub”, - admiral bildirib.
İrani əsas mərhələnin 10 gün müddətində ölkənin ən böyük dəniz bölgəsi olan Caskda keçiriləcəyini və ilin sonuna kimi bu regiona ağır və güclü bölmələrin yerləşdiriləcəyini deyib.
“Ölkədə ağır gəmilərin sayının artmasını nəzərə alaraq, Konark bölgəsində daha böyük dəniz zonası yaratmağı planlaşdırırıq”, - İran rəsmisi əlavə edib.
İrani region ölkələrinin “Daylaman” eskadrilya minaaxtaran gəmisinə reaksiyasına toxunaraq qeyd edib ki, Xəzər hövzəsi ölkələrinin (Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan – red.) təpkisi müsbətdir.
Admiral Xəzər dənizində ticarətin həcminin, eləcə də bu dənizdə gəmiçiliyə yanaşmanın dəyişdiyini söyləyib.