7 Dekabr 2023 18:25
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan 5-10 gün ərzində Azərbaycanla sülh sazişini imzalamağın mümkün olduğunu və bununla bağlı təkliflərini göndərdiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, spiker Azərbaycan heç nəyi dəyişməsə və yeni təkliflər irəli sürməsə, bir neçə gün ərzində müqavilənin bağlanmasının mümkün olduğunu deyib.

“Bəli, sülhə gedirik, başqa cür ola bilməz. Münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Tarixdə çoxlu misallar çəkmək olar: İngiltərə və Fransa 116 il vuruşub, bir-birlərini öldürüblər, bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”, - Simonyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər