8 Dekabr 2023 17:35
2 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya birgə bəyanatla etimadı gücləndirən Azərbaycan və Ermənistanı təbrik edir.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolzun sözçüsü Şteffen Xebştrayt deyib.

“Almaniya Azərbaycan və Ermənistanı cəsarətli addımlar atdıqlarına və etimad mühiti yaratdıqlarına görə təbrik edir. Biz suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin gələcək normallaşması prosesini dəstəkləməyə hazırıq”, - Almaniya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər