12 Dekabr 2023 15:35
2 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelin Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi imkanın olması ilə bağlı bəyanatıyla razıyam.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaqarşak Akopyan deyib.

“Mən də hesab edirəm ki, nəhayət həmin məqsədə nail olmaq üçün tarixi imkan var, bu imkanlar ikitərəfli razılaşmalarda öz əksini tapır. Qənaətimə görə, bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin alternativi olmadığına dair qarşılıqlı anlaşma var. Bu, son vaxtlar əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir. Uzun müddətdir sülhü öz gündəmində prioritet elan edən Ermənistan sülh müqaviləsi imzalamağa doğru irəliləyir”, - deputat vurğulayıb.

Akopyan jurnalistin “Bəs Avropa Birliyi Ermənistanda müşahidəçilərinin sayını niyə artırır? Azərbaycanın bu qərardan narazılığı var” sualına cavab verməkdə çətinlik çəkib. Onun iddiasına görə, bununla bağlı Azərbaycanın narazılığının olub-olmamasından xəbərsizdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər